Dağıstan Respublikası Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədova - Bakı şəhəri, 1 iyul 2002-ci il


Hörmətli Məhəmmədəli Məhəmmədov!

Dağıstan Respublikası Dövlət Şurasının sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uzun illər qardaş Dağıstana rəhbərlik edərək, öz xalqınızı inkişaf və tərəqqi yolu ilə inamla irəliyə aparırsınız.

İnanıram ki, xalqlarımız arasındakı çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hərtərəfli əməkdaşlıq bundan sonra da Qafqazda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxlik və uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 iyul 2002-ci il.