Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Sergeyeviç Dzasoxova təbriki - Bakı şəhəri, 21 yanvar 1998-ci il


Hörmətli Aleksandr Sergeyeviç, Şimali Osetiya-Alaniya Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və dövlət fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan ilə Şimali Osetiya-Alaniya arasında dostluq və əməkdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə inkişaf edəcək və dərinləşəcəkdir.

Ümidvaram ki, biz birgə səylərlə regionumuzda möhkəm sülh və sabitlik şəraitinin bərqərar edilməsinə nail olacağıq.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.