Fransa Respublikasinin Prezidenti Zati-aliləri cənab Jak Şiraka - Bakı şəhəri, 10 iyul 2000-ci il


Hörmətli cənab Prezident!

Əziz dostum!

Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınmasının 211-ci ildönümü münasibətilə Sizi və dost Fransa xalqını ürəkdən təbrik edir, Sizə və ölkənizin bütün vətəndaşlarına sülh, əmin-amanlıq, xalqınızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Biz Azərbaycanla Fransanın əməkdaşlığının inkişafına böyük əhəmiyyət verir və Fransa xalqının dünyada demokratiyanın inkişafı, insan hüquqlarının qorunması işinə verdiyi töhfələri yüksək qiymətləndiririk.

Hörmətli dostum, Sizinlə səmimi dostluğumuzu əziz tutur, hər bir görüşümüzdən məmnunluq duyuram. Aramızda yaranmış şəxsi dostluq və qarşılıqlı etimad xalqlarımızın və ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Ümidvaram ki, Siz Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında dinc yolla həll olunmasına yönəldilmiş səylərinizi bundan sonra da davam etdirəcəksiniz və biz Qafqazda sülh və əmin-amanlıq yaranmasına nail ola biləcəyik.

Fürsətdən istifadə edib, Sizə, ailənizə və Fransanın bütün xalqına cansağlığı və səadət arzulayıram. Bayramınız mübarək olsun!

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 

"Azərbaycan" qəzeti, 14 iyul 2000-ci il.