Azərbaycan - Fransa münasibətləri


Azərbaycan Respublikası xarici siyasətinin 1993-cü ildən Avropa istiqamətini gücləndirib. Həmin dövrdən etibarən xüsusilə Avropanın böyük dövlətlərindən Fransa ilə əlaqələr genişləndirilməyə başlanılıb.

Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, diplomatik əlaqələr həmin ilin fevralında yaradılıb.

Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olub (mart, 1992). Azərbaycan - Fransa münasibətlərinin ilkin mərhələdə nisbətən zəif inkişaf etməsinin səbəbləri o zaman Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinə görə hərbi - siyasi vəziyyətin gərgin olması, Fransanın isə Ermənistanla sıx əməkdaşlıq əlaqəsi saxlayan ölkə kimi qiymətləndirilməsi idi. (www.colisee.org)

1993-cü ilin sonlarında Azərbaycan Prezidenti Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlayıb. O, Azərbaycan prezidenti seçildikdən sonra (3 oktyabr, 1993) xaricə ilk rəsmi səfərini Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə edib.

19 - 22 dekabr 1993-cü il Fransa səfəri zamanı Heydər Əliyev Fransa prezidenti Fransua Mitteran, xarici işlər naziri Alen Jüppe, parlament rəhbərliyi, ölkənin sənaye - biznes dairələrinin təmsilçiləri ilə görüşlər keçirib. Mitteran və Heydər Əliyev Fransa və Azərbaycan arasında dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Heydər Əliyev Parisdə olduğu zaman ATƏM - in əsas müqavilələrindən olan, Şərqi Avropanın sosialist və keçmiş sovet respublikalarının demokratiya və bazar iqtisadiyyatına keçidini nəzərdə tutan "Paris Xartiyası"nı da imzalayıb. (AFP - www.lemonde.fr)

Fransua Mitteran Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan edib. O, münaqişənin ATƏM konfransı çərçivəsində həllinin düzgünlüyünü bildirib. Fransua Mitteran Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda vəziyyətin daha gərgin olduğunu təsdiqləyib və Fransanın evlərini və torpaqlarını itirmiş insanlara yardım göstərəcəyini deyib. (Azərbaycan - 1993, Anarxiyadan sabitliyə, Bakı- 2000, s.381.)

Heydər Əliyev Fransua Mitterana Azərbaycanın Fransa ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, onun sərhədlərin toxunulmazlığı barədə bəyanatını yüksək qiymətləndirdiyini bəyan edib.

Azərbaycan Prezidentinin səfərindən sonra tərəflər iqtisadi əlaqələri genişləndirməyə başlayıb. Heydər Əliyev 1995-ci ilin dekabrında Fransaya ikinci dəfə səfər edərək Azərbaycanda investisiya qoyulmasına dair konfransın iştirakçısı olub və fransız şirkətlərini Azərbaycana dəvət edib. 1996-cı ildə Fransanın "Elf - Aquitaine" şirkəti "Şahdəniz" neft yatağının istismarına dair müqaviləyə qoşulub.
(www.mfa.gov.az)

10 - 11 yanvar 1996-cı ildə Heydər Əliyev Parisdə Fransua Mitteranın dəfn mərasimində iştirak edib. Bu səfəri zamanı "Evro - nyus" televiziya kanalına müsahibəsində o, mərhum prezident Mitteranla dostluq münasibətlərində olduğunu, 1993-cü il dekabr səfəri zamanı onunla Azərbaycan və Fransa arasında yüksək əməkdaşlıq münasibətləri yaratdığını bildirib. ("Azərbaycan" qəzeti, 20 yanvar 1996)

1996-cı ilin oktyabrında Fransanın xarici işlər naziri Erve de Şarett Azərbaycana səfərə gəlib. Azərbaycan Prezidenti Heydər Əliyev 11 oktyabr 1996-cı ildə onun şərəfinə verilən ziyafətdəki çıxışında bu səfərin böyük əhəmiyyəti olduğunu söyləyib. O, Parisin İrəvanla dostluq əlaqələrinə görə Azərbaycanın Fransa ilə sıx əməkdaşlıq edə bilməyəcəyi fikriylə razılaşmadığını deyib. Heydər Əliyev keçən dövr ərzində bərqərar olmuş münasibətlərin səviyyəsini yüksək qiymətləndirdiyini vurğulayıb. ("Azərbaycan" qəzeti, 12 oktyabr, 1996)

Azərbaycan - Fransa tərəfdaşlığının dərinləşdirilməsinin davamı olaraq Erve de Şarettin səfərindən üç ay sonra, 1997-ci ilin yanvarında Heydər Əliyev prezident Jak Şirakın dəvətilə Fransaya iknci rəsmi səfərini edib. 13 yanvar 1997-ci ildə Yelisey sarayında Fransa prezidenti Jak Şirakla görüşündə Heydər Əliyev Fransanın ATƏT - in Lissabon sammitində Azərbaycanın təkliflərini müdafiə etdiyini xatırladaraq bundan razı qaldığını söyləyib. ("Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, 8-ci cild, səh. 240-242.)

Heydər Əliyevin həmin səfəri zamanı Yelisey sarayında Azərbaycan Dövlət Neft Şirkəti və Fransanın "Total" və "Elf - Aquitaine" şirkətləri arasında Azərbaycanın "Lənkəran - dəniz" və "Talış - dəniz" yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanıb. Bu müqavilədən əlavə tərəflər hava nəqliyyatı, azad yerdəyişmə və mədəniyyət sahələrinə dair də sazişlər bağlayıb.

Həmin ildən etibarən Fransa, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT - in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi fəaliyyətə başlayıb.

Fransa Azərbaycanın Avropa Şurasına daxil olması üçün lazımi addımlar atıb. Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi olmuş Fransa parlamentinin üzvü Jak Bommel bu istiqamətdə fəaliyyət göstərib. Azərbaycan Prezidenti Heydər Əliyev 14 iyul 2000-ci ildə Fransanın milli bayramı münasibətilə nitqində həmin məsələ və Fransa prezidenti Jak Şirakla əməkdaşlıq münasibətlərindən razılığını ifadə edib. ("Azərbaycan" qəzeti, 15 iyul, 2000)

2001-ci ildə birbaşa Jak Şirakın təşəbbüsü ilə Parisdə Azərbaycanın dövlət başçısı Heydər Əliyev və Ermənistanın prezidenti Robert Koçaryanın iki dəfə təkbətək danışıqları keçirilib. Görüşlər nəticə verməsə də Jak Şirak Paris müzakirələrinin (2001, yanvar, mart) münaqşənin həlli üçün yaxşı əsas yarada biləcəyinə ümid etdiyini bildirib. O, istənilən razılaşmanın hər iki tərəf üçün məqbul olmasının vacibliyini bəyan edib. (www.news.bbc.co.uk)

Azərbaycan Prezidenti Heydər Əliyev 14 iyul 2002 - ci ildə Bakıda Bastiliyanın alınması günü münasibətilə etdiyi növbəti çıxışında da Fransa ilə münasibətlərə böyük əhəmiyyət verdiyini elan edib: "Fransa ilə bizim çox sıx dostluq və faydalı əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr demək olar ki, bütün sahələri- siyasi, iqtisadi, həm də elmi-mədəni, humanitar və digər sahələri əhatə edir. Biz dostluğumuzu və əlaqələrimizi yüksək qiymətləndiririk. Bu əlaqələri qorumaq, şərəfinə verilən ziyafətdəki çıxışında bu səfərin böyük əhəmiyyəti olduğunu söyləyib. O, Parisin İrəvanla dostluq əlaqələrinə görə Azərbaycanın Fransa ilə sıx əməkdaşlıq edə bilməyəcəyi fikriylə razılaşmadığını deyib. Heydər Əliyev keçən dövr ərzində bərqərar olmuş münasibətlərin səviyyəsini yüksək qiymətləndirdiyini vurğulayıb. ("Azərbaycan" qəzeti, 12 oktyabr, 1996)

Azərbaycan - Fransa tərəfdaşlığının dərinləşdirilməsinin davamı olaraq Erve de Şarettin səfərindən üç ay sonra, 1997-ci ilin yanvarında Heydər Əliyev prezident Jak Şirakın dəvətilə Fransaya iknci rəsmi səfərini edib. 13 yanvar 1997-ci ildə Yelisey sarayında Fransa prezidenti Jak Şirakla görüşündə Heydər Əliyev Fransanın ATƏT - in Lissabon sammitində Azərbaycanın təkliflərini müdafiə etdiyini xatırladaraq bundan razı qaldığını söyləyib. ("Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, 8-ci cild, səh. 240-242.)

Heydər Əliyevin həmin səfəri zamanı Yelisey sarayında Azərbaycan Dövlət Neft Şirkəti və Fransanın "Total" və "Elf - Aquitaine" şirkətləri arasında Azərbaycanın "Lənkəran - dəniz" və "Talış - dəniz" yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanıb. Bu müqavilədən əlavə tərəflər hava nəqliyyatı, azad yerdəyişmə və mədəniyyət sahələrinə dair də sazişlər bağlayıb.

Həmin ildən etibarən Fransa, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT - in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi fəaliyyətə başlayıb.

Fransa Azərbaycanın Avropa Şurasına daxil olması üçün lazımi addımlar atıb. Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi olmuş Fransa parlamentinin üzvü Jak Bommel bu istiqamətdə fəaliyyət göstərib. Azərbaycan Prezidenti Heydər Əliyev 14 iyul 2000-ci ildə Fransanın milli bayramı münasibətilə nitqində həmin məsələ və Fransa prezidenti Jak Şirakla əməkdaşlıq münasibətlərindən razılığını ifadə edib. ("Azərbaycan" qəzeti, 15 iyul, 2000)

2001-ci ildə birbaşa Jak Şirakın təşəbbüsü ilə Parisdə Azərbaycanın dövlət başçısı Heydər Əliyev və Ermənistanın prezidenti Robert Koçaryanın iki dəfə təkbətək danışıqları keçirilib. Görüşlər nəticə verməsə də Jak Şirak Paris müzakirələrinin (2001, yanvar, mart) münaqşənin həlli üçün yaxşı əsas yarada biləcəyinə ümid etdiyini bildirib. O, istənilən razılaşmanın hər iki tərəf üçün məqbul olmasının vacibliyini bəyan edib. (www.news.bbc.co.uk)

Azərbaycan Prezidenti Heydər Əliyev 14 iyul 2002 - ci ildə Bakıda Bastiliyanın alınması günü münasibətilə etdiyi növbəti çıxışında da Fransa ilə münasibətlərə böyük əhəmiyyət verdiyini elan edib: "Fransa ilə bizim çox sıx dostluq və faydalı əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr demək olar ki, bütün sahələri- siyasi, iqtisadi, həm də elmi-mədəni, humanitar və digər sahələri əhatə edir. Biz dostluğumuzu və əlaqələrimizi yüksək qiymətləndiririk. Bu əlaqələri qorumaq, saxlamaq, inkişaf etdirmək üçün səylər göstəririk."

2002-ci ilin noyabrında NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində də görüşən Heydər Əliyev və Jak Şirak Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib. Şirak Heydər Əliyevə vasitəçilik fəaliyyətini davam etdirməyə söz verib. (www.diplomatie.gouv.fr/www.mfa.gov.az/eng/diplomatiya_alemi)

Prezident Jak Şirak Heydər Əliyevə verdyi sözə əməl edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yüksək səviyyədə vasitəçilik fəaliyyətini davam etdirib. 2006 - cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında ATƏT - in Minsk qrupu həmsədrlərinin iştirakı ilə növbəti görüş keçirilib. Qərb mətbuatının məlumatına əsasən danışıqlarda münaqişənin tənzimlənməsi üçün referendum vasitəsindən istifadə məsələsində razılıq əldə olunmadığına görə danışıqların bu mərhələsi nəticə verməyib. (www.diplomatie.gouv.fr/www.nytimes.com)

Azərbaycan prezidenti İlham Əliyev də prezident seçildikdən sonra ilk xarici səfərini Fransaya edib (yanvar, 2004). Daha sonra İlham Əliyev 2004-cü ilin iyununda NATO-nun İstanbul zirvə görüşü zamanı, həmin ilin sentyabrında Fransaya işgüzar səfəri zamanı, Rambuye danışıqlarından sonra isə 2006 - cı ilin mayında NATO Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Fransaya səfərində Jak Şirakla görüşlər keçirib. (www.mfa.gov.az/www.diplomatie.gouv.fr)

29-31 yanvar 2007-ci ildə isə İlham Əliyevin Fransaya bu ölkədə xüsusi ehtiram sayılan dövlət səfəri olub. Onun Jak Şirak, baş nazir Dominik de Vilpen və Fransanın digər hökumət rəhbərləri ilə görüşlərində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu bəyan edilib. (yenə orada)

Xüsusilə Fransanın baş naziri Dominik de Vilpen 30 yanvar 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Azərbaycanın bütün sahələrdə inkişafı, mədəniyyəti, Azərbaycan-Fransa münasibətləri haqda çox yüksək fikirlər səsləndirib. O, Aleksandr Düma, Mirzə Fətəli Axundov, Baninə istinad edərək Azərbaycan və Fransa mədəniyyətlərinin hər zaman əlaqədə olduğunu bildirib. Dominik de Vilpen Azərbaycanda gedən sürətli inkişafın İlham Əliyevin mərhum prezident Heydər Əliyevin siyasətini davam etdirməsi nəticəsində baş verdiyini deyib. O, Azərbaycanı sivilizasiyaların kəsişdiyi, dini tolerantliğın bir çox ölkələrə nümunə olduğu ölkə adlandırıb. (www.diplomatie.gouv.fr)

İlham Əliyevin səfəri zamanı Azərbaycan və Fransa arasında mülki müdafiə, aeronavtika, elmi əməkdaşlıq, turizm, qadın və uşaqların cəmiyyətdə yeri məsələləri haqqında sazişlər imzalanıb. (yenə orada)

Bu səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev Jak Şirak tərəfindən Fransa dövlətinin ali mükafatı olan "Fəxri Legion" ordeninin yüksək dərəcəsi ilə təltif olunub. İlham Əliyev isə Jak Şiraka "Heydər Əliyev ordeni"ni təqdim edib. ("Azərbaycan" qəzeti, 30 yanvar, 2007)

Həmin il noyabrın 19-20-də prezident İlham Əliyev Türkiyədən Parisə işgüzar səfərə gedib. Səfər çərçivəsində prezident İlham Əliyev Fransa Prezidenti Nikolya Sarkozi, Fransa Senatının sədri Kristian Ponsöle ilə görüşərək Ermənistan - Azərbaycan münaqişəsinin həllində yaranmış vəziyyəti müzakirə ediblər. Görüşlərdə ATƏT-in Fransadan olan həmsədri Bernar Fasye də iştirak edib. Səfər çərçivəsində İlham Əliyev Fransanın işgüzar dairələrinin nümayəndələri ilə də görüşüb.

Fransa və Azərbaycan arasında hərbi sahədə də rəsmi əlaqə mövcuddur. 2002-ci ilin sentyabrından Fransanın Tbilisidə yerləşən və səlahiyyət dairəsinə Azərbaycanın da aid olduğu hərbi attaşesi fəaliyyət göstərir. Bu sahədə əməkdaşlıq Fransanın ATƏT-in Minsk qrupunda vasitəçi həmsədr kimi fəaliyyət göstərdiyinə görə az inkişaf edib.

 
Qısa oçerk 23 iyul 2008-ci ildə yeniləşdirilib.