Rusiya Federasiyasının Prezidenti Zati-Aliləri Cənab Boris Nikolayeviç Yeltsinə - Bakı şəhəri, 11 iyun 1999-cu il


Çox hörmətli Boris Nikolayeviç!

Sizi və bütün rusiyalıları milli bayram - Rusiya Federasiyasının dövlət suverenliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə ürəkdən təbrik edirəm.

Biz regionumuzda sülh, sabitlik və tərəqqi naminə həyatın bütün sahələrində Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına və möhkəmlənməsinə böyük əhəmiyyət veririk.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rusiyanın bütün vətəndaşlarına firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.