Dağıstan Respublikası Dövlət Şurasının sədri cənab Maqomedali Maqomedova - Bakı şəhəri, 10 aprel 2003-cü il


Hörmətli Maqomedali Maqomedoviç!

Mahaçqala şəhərindəki internat məktəbdə baş vermiş yanğın nəticəsində uşaqların həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 11 aprel 2003-cü il.