Rusiya Federasiyasının Prezidenti Zati-aliləri Boris Yeltsin cənablarına - Bakı şəhəri, 5 noyabr 1996-cı il


Əziz Boris Nikolayeviç!

Bu gün səhər səhhətinizlə əlaqədar cərrahiyyə əməliyyatı başlandığından xəbər tutdum. Sizə dostluq hisslərimi bildirirəm, səmimi qəlbdən əməliyyatın müvəffəqiyyətlə başa çatmasını və tezliklə sağalmağınızı arzulayıram.

Naina İosifovnaya, ailənizin bütün üzvlərinə dözüm və mətanət arzulayıram.

İnanıram ki, həyatında çətin sınaqlardan keçmiş bir insan kimi Siz xəstəliyə müvəffəqiyyətlə tab gətirəcək, ona qalib gələcəksiniz və Rusiyanın əmin-amanlığı, çiçəklənməsi naminə fəal işə qayıdacaqsınız.

Sizi bağrıma basıram.

Dərin hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti