Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezienti zati-aliləri cənab Vladimir Putinə məktubu - 26 avqust 2003-cü il


Hörmətli Vladimir Vladimiroviç!

Kamçatkada Mİ-8 vertolyotunun qəzaya uğraması nəticəsində qubernator İqor Farxudinovun həlak olması, insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 avqust 2003-cü il.