Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 22 oktyabr 1999-cu il


Hörmətli Leonid Daniloviç!

Ukraynanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Sizi və bütün qardaş Ukrayna xalqını ürəkdən təbrik edirəm.

Bu hadisə Ukraynanın getdikcə artan beynəlxalq nüfuzunun, sülh və təhlükəsizliyin qorunmasına töhfəsinin parlaq sübutudur. Şübhə etmirəm ki, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq, tərəfdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonar da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Əminəm ki, qarşıdakı prezident seçkilərində Ukrayna xalqı Sizin apardığınız və dövlət müstəqilliyinin möhkəmlənməsinə, cəmiyyətin demokratikləşdirilməsinə, bazar islahatlarının həyata keçirilməsinə, Dünya Birliyi ilə inteqrasiyaya yönəldilmiş siyasi xəttə səs verəcəkdir.

Sizə və bütün dost Ukrayna xalqına sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.