Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Dağıstan Respublikasının Dövlət Şurasının sədri zati-aliləri cənab Maqomedəli Maqomedoviç Maqomedova təbriki - Bakı şəhəri, 26 iyun 1998-ci il


Hörmətli Maqomedəli Maqomedoviç!

Dağıstan Respublikası Dövlət Şurasının sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizə yenidən yüksək etimad göstərilməsi qardaş Dağıstanda sabitliyin möhkəmləndirilməsi, sosial-iqtisadi və mədəni inkişafın təmin edilməsi işində Sizin danılmaz xidmətlərinizə sübutdur.

Biz Azərbaycanla Dağıstan arasında tarixən təşəkkül tapmış dostluq əlaqələrinə, bizim mehriban qonşuluq və bir-birimizə kömək ənənələrimizin genişləndirilməsinə və dərinləşdirilməsinə böyük əhəmiyyət veririk. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, bütün Dağıstan xalqlarına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.