Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Boris Nikolayeviç Yeltsinə başsağlığı mətubu - Bakı şəhəri, 7 dekabr 1997-ci il


Möhtərəm Boris Nikolayeviç!

İrkutsk şəhərində aviasiya qəzası nəticəsində çoxsaylı insan tələfatının olması xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına səmimi qəlbdən başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.