Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Petru Luçinskiyə - Bakı şəhəri, 25 avqust 1998-ci il


Hörmətli cənab prezident!

Milli bayramınız - İstiqlaliyyət günü münasibətilə sizi və bütün dost Moldova xalqını təbrik edirəm. Mən ölkələrimiz və xalqlarımız arasında təşəkkül tapmış ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm.

Əminəm ki, bu münasibətlər regionumuzda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə, dost Moldovanın bütün vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.