Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Respublika Doğum evində Mstislav Rostropoviçin təşəbbüsü ilə Azərbaycana gətirilmiş vaksinlərin təqdim edilməsi mərasimində çıxışı - 2 mart 2002-ci il


Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən sizi respublikamızda bu gün baş verən əlamətdar hadisə münasibətilə təbrik edirəm və güman edirəm ki, bu hadisə Azərbaycanda uşaqların sağlamlığı, onların müxtəlif infeksiyalardan qorunması üçün çox əhəmiyyətli olacaqdır. Qlobal Vaksinasiya Fondunun rəhbərliyinə dərin təşəkkürumu bildirmək istəyirəm. Onların Azərbaycana göstərdiyi qayğıya, diqqətə görə və bu gün burada keçirdikləri tədbirə görə dərin minnətdarlığımı bildirirəm. Sağ olun!

Təbiidir, hamımız bizim həmyerlimiz, dünya şöhrətli musiqiçi və insan haqları uğrunda mübarizənin çox böyük bir nümayəndəsi, dostumuz Rostropoviçi və onun gözəl xanımı Qalina Pavlovna Vişnevskayanı yenidən ölkəmizdə, torpağımızda görməkdən çox məmnunuq.

Bizim dostumuz Slava Rostropoviç, təbiidir ki, Az.rbaycanda qonaq deyil, bura onun öz ölkəsidir. Ancaq bu dəfə onun Azərbaycana gəlişi eyni zamanda ölkəmiz üçün göstərilən böyük bir yardımla müşayiət edilir. Ona görə də mən dostumuz Slava Rostropoviçə bu təşəbbüsünə, yardımına görə təşəkkürümü bildirirəm.

Biz bu gün cəmi 10 saat əvvəl dünyaya gəlmiş, hələ adı da olmayan körpəyə vaksin vurulmasının şahidi olduq. Təbiidir ki, bu vaksin onu çox ağır yoluxucu xəstəlikdən qoruyacaqdır. Amma eyni zamanda, bu, yeganə hadisə olmayacaqdır. Bizim səhiyyə işçiləri bu gündən həmin vaksinlərin Azərbaycanda geniş istifadə edilməsi və bizim uşaqlarımızın həyatının ağır yoluxucu xəstəlikdən qorunması ilə məşğul olacaqlar.

Əziz dostlar, mən sizinlə bugünkü görüşümdən çox məmnunam. Sizin hamınızı ürəkdən salamlayı ram, hamınıza cansağlığı, səadət arzulayıram. Çox sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər