Dağıstan Respublikası Dövlət Şurasının sədri cənab Məhəmmədəli Məhəmmədova – Bakı şəhəri, 14 iyun 2000-ci il


Əziz Məhəmmədəli Məhəmmədoviç!

Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Siz uzun illər qardaş Dağıstana rəhbərlik edərək, müdrik və uzaqgörən siyasətinizlə xalqınızı inamla inkişaf və tərəqqi yolu ilə aparırsınız.

Azərbaycan və Dağıstanı çoxəsrlik qardaşlıq və mehriban qonşuluq telləri bağlayır. Xalqlarımızın böyük sərvəti olan dostluğu bütün Qafqazda sülh və sabitlik işinə xidmət edir. 

Bizim qarşılıqlı hörmət, etimad və səmimiyyət hisslərinə əsaslanan şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm. 

Əziz Məhəmmədəli Məhəmmədoviç, Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram. 

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

“Azərbaycan” qəzeti, 15 iyun 2000-ci il