Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasının Prezidenti cənab Aleksandr Sergeyeviç Dzasoxova - Bakı şəhəri, 8 fevral 2002-ci il


Hörmətli Aleksandr Sergeyeviç!

Şimali Osetiya-Alaniya Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri Qafqazda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 8 fevral 2002-ci il.