Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasıda əməkdaşlıq haqqında sənədlərin imzalanması mərasimində çıxışı - 7 oktyabr 1995-ci il


Burada iştirak edənlərin hamısını - Rusiya hökuməti sədrinin müavini cənab Bolşakov Aleksey Alekseyeviç başda olmaqla Rusiya Federasiyasının nümayəndə heyətini və təbii ki, Azərbaycan Respublikasının nümayəndələrini sənədlərin imzalanması münasibətilə təbrik edirəm. Demək istəyirəm ki, mühüm dövlətlərarası, hökumətlərarası sənədlərin hazırlanması və bu gün imzalanmasının mümkün olması üçün bu günlərdə çox iş görülmüşdür. Belə hesab edirəm ki, bu sənədlər Rusiya, ilə Azərbaycan arasında münasibətlərin, xüsusən iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi yolunda atılmış yaxşı addımdır. Biz bəzi sənədlər üzərində hələ işləyirik. Yəqin ki, onlar da hazırlanacaq və imzalanmaq səviyyəsinə çatdırılacaqdır. Mən belə hesab edirəm ki, bu, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında həyatın bütün sahələrində iqtisadi, elmi-texniki əməkdaşlığın intensiv inkişafını təmin etmək üçün birgə səylərlə həyata keçirməli olduğumuz böyük işin yalnız bir hissəsidir.

Şəxsən mən bu günlərdə böyük iş görülməsindən məmnunam. Buraya belə yüksək səlahiyyətli nümayəndə heyətinin gəlməsinə görə Rusiya hökumətinə təşəkkür etmək istəyirəm. Birgə görülmüş iş üçün qonaqlarımıza və şəxsən Aleksey Alekseyeviç Bolşakova təşəkkür etmək və ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim bu işimiz özünün yeni müsbət nəticələrini verəcəkdir. Bir daha təkrar edirəm, nümayəndə heyəti burada hələ işləyir, biz birgə iş aparırıq və bu iş bu gün də, sabah da, gələcəkdə də öz nəticələrini verəcəkdir. Sizin hamınızı təbrik edirəm.