Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moldova Respublikasının Prezidenti Petru Luçinskinin Binə hava limanında qarşılanma mərasimində bəyanatı - 26 noyabr 1997-ci il


Hörmətli prezident, hörmətli qonağımız cənab Petru Luçinski!

Mən sizi Azərbaycanda, Bakıda səmimi qəlbdən salamlayıram və Azərbaycan adətincə sizə "Xoş gəlmişsiniz!" deyirəm. Siz bu sözləri bilirsiniz, çünki Azərbaycanda dəfələrlə olmusunuz. Sizin, müstəqil Moldova dövləti prezidentinin Azərbaycana ilk rəsmi səfəri Moldova ilə Azərbaycan arasında olan əlaqələrin inkişaf etdirilməsi üçün böyük və əlamətdar bir hadisədir. Hesab edirəm ki, bu səfər bizim dostluq münasibətlərimizin və əmək-daşlığımızın daha da möhkəmlənməsi, inkişafı üçün yaxşı əsas olacaqdır. Əmin ola bilərsiniz ki, siz Azərbaycanda yüksək qonaqpərvərlik, mehribanlıq, dostluq şəraiti ilə rastlaşacaqsınız.

Əminəm ki, bizim danışıqlarımız, söhbətlərimiz, bütün görüşlərimiz çox işgüzarlıq və mehriban dostluq şəraitində keçəcək və sizin Azərbaycana ziyarətiniz əlaqələrimizi inkışaf etdirmək üçün ölkələrimizə böyük uğurlar gətircəkdir. Bütun bunların əsasında biz bir çox mühüm hökumətlərarası, dövlətlərarası sənədlər imzalaya biləcəyik ki, bu da gələcək əməkdaşlığımız üçün etibarlı zəmin yaradacaqdır.

Mən sizi səmimi qəlbdən salamlayır və Azərbaycan səfərinizin xoş keçməsini arzulayıram.