İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Seyid Məhəmməd Xatəmiyə - Bakı şəhəri, 14 avqust 2002-ci il


Hörmətli cənab prezident!

Gülüstan vilayətində baş vermiş təbii fəlakət - daşqın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxıram, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 15 avqust 2002-ci il.