Avstriya Respublikasının federal kansleri zati-aliləri cənab Volfqanq Şüsselə - Bakı şəhəri, 1 mart 2000-ci il


 Hörmətli cənab kansler!

Avstriya Respublikasının federal kansleri təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında təşəkkül tapmış münasibətlərə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

“Azərbaycan” qəzeti, 2 mart  2000-ci il