Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın milli bayramı - Rusiya Federasiyasının Dövlət Suverenliyi haqqında Bəyannaməsinin qəbul edilməsi günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitqi - Rusiyanın Azərbaycandakı səfirliyi, 12 iyun 2000 - ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Rusiya Federasiyasının milli bayramı - Rusiya günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün rusiyalılara sülh, firavanlıq və səadət arzulayıram. Rusiya ilə Azərbaycan arasında münasibətlər çox qədim, zəngin tarixə malikdir. Bu tarixdə parlaq, gözəl səhifələrlə yanaşı, faciəli səhifələr də var. Lakin buna baxmayaraq, Rusiya ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında münasibətlər həmişə inkişaf etmiş və hər iki xalqa, hər iki dövlətə fayda gətirmişdir.

Biz Rusiya ilə bütün tarix boyu olmuş münasibətlərimizi yüksək qiymətləndiririk. On doqquzuncu və iyirminci əsrlər tariximizdə ən səmərəli dövrdür. Həmin dövrdə Rusiya ilə Azərbaycan arasında, xalqlarımız arasında münasibətlərdə böyük dəyişikliklər baş vermişdir. Biz bir dövlətin tərkibində idik və bundan çox şey qazanmışıq. Azərbaycan xatırlayır və heç zaman unutmayacaq ki, Azərbaycan xalqı - öz milli, mənəvi dəyərlərinə sadiq qalmaqla yanaşı - məhz Rusiya, rus mədəniyyəti vasitəsilə dünya mədəniyyətinin ümumbəşəri, Avropa dəyərlərinə də qovuşmuşdur. Azərbaycanda elm, təhsil, mədəniyyət Rusiya mədəniyyətinin böyük təsiri altında, ən başlıcası isə, rus xalqının elm, mədəniyyət xadimlərinin köməyilə inkişaf etmışdır. Rus dili Azərbaycanda elmin, mədəniyyətin və təhsilin inkişafında böyük rol oynamışdır. On doqquzuncu və iyirminci əsrlərdə Azərbaycan xalqı dünya elminə və bəşəriyyətin bütün nailiyyətlərinə məhz rus dili vasitəsilə geniş yol tapmışdır. Bir çox onilliklər ərzində rus alimləri, rus mütəxəssisləri iqtisadiyyatın inkişafında, sənayenin yaradılmasında, iqtisadi potensialin möhkəmlənməsində Azərbaycana olduqca böyük kömək göstərmişlər. Bütün bunlar keçmişə aiddir və biz bunu lazımınca qiymətləndiririk. Azərbaycan xalqı bunu heç zaman unutmayacaqdır və yüksək dəyərləndirir.

Sovetlər İttifaqının mövcud olduğu dövrdə biz bir dövlətin tərkibində idikə əlbəttə, bu ideologiya, bu quruluş artıq tarixdə qalmışdır. O vaxtlar nə qazandığımızı, nə itirdiyimizi tarix müəyyənləşdirəcəkdır. Hər halda, itkilərlə bərabər, istər rusiyalılar, istərsə də azərbaycanlılar çox şey əldə etmişlər. 1991-ci üdə Sovetlər İttifaqı dağıldı, Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu. Rusiya da suveren dövlət - Rusiya dövləti oldu. Dünyada yeni dövlətin - demokratik Rusiyanın, demokratik dəyişikliklər həyata keçirmək, dünya iqtisadiyyatı ilə sıx inteqrasiya etmək, dünya və ümumavropa sivilizasiyasının bir hissəsi olmaq üçün bütün tədbirləri görməyə çalışan və görən Rusiyanın yaşamaga başladığı vaxtdan doqquz il ötmüşdür.

Bəli, həqiqətən, Sovetlər İttifaqı dağıldıqdan sonra ölkələrimizdə heç də hər şey rəvan getməmişdir. Rusiyanın öz problemləri, Azərbaycanın isə öz problemləri vardı. Problemlərdən, çətinliklərdən danışsaq, onda görərik ki, bunlar Rusiyadakına nisbətən Azərbaycanda daha çox olmuşdur və bu gün də çoxdur. Amma başlıcası bu deyildir. Başlıcası odur ki, Rusiya da, Azərbaycan da demokratiya yolu ilə, azadlıq yolu ilə, demokratik islahatların - siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsi yolu ilə gedir. Müasir mərhələdə əməkdaşlığımızın əsasını da bu müəyyənləşdirir. Bu illərdə suveren Rusiya ilə müstəqil Azərbaycan arasında münasibətlər əməkdaşlığımızın möhkəmlənməsi və inkişafı, genişlənməsi istiqamətində tədricən təşəkkül tapmışdır. Bəli, burada da problemlər yox deyildır. Ancaq başlıcası budur ki, Rusiya da, Azərbaycan da bütün mövcud imkanlardan istifadə edərək, dövlətlərarası münasibətləri möhkəmlətmək və inkişaf etdirmək, iqtisadi əməkdaşlığı genişləndirmək məqsədi güdür. Bunun üçün isə imkanlar olduqca çoxdur.

Azərbaycan Rusiya ilə Azərbaycan arasında dostluğu, əməkdaşlığı və mehriban qonşuluğu özü üçün olduqca böyük strateji əhəmiyyətə malik çox mühüm məsələ hesab edir. Odur ki, biz münasibətlərimizi inkişaf etdirmək, möhkəmləndirmək, genişləndirmək yolu ilə getmək üçün tədbirlər görürük. Son vaxtlar Rusiyada baş verən proseslər müsbət proseslərdir və Rusiyanın demokratik dövlət kimi inkişafında yeni mərhələlər açır. Rusiyada hakimiyyət dəyişdikdən və Vladimir Vladimiroviç Putin Rusiya Federasiyasının prezidenti seçildikdən sonra Rusiya dövlətçiliyinin möhkəmlənməsi və MDB ölkələri ilə də, başqa ölkələrlə də daha sıx, daha mehriban, daha səmimi münasibətlər qurulması sahəsində tədbirlər sürətlə həyata keçirilir. Bu proseslər bizdə dərin məmnunluq hissləri doğurur, təbii ki, ən əvvəl Rusiya ilə bağlı böyük ümudlər yaradır. Biz Rusiyanı böyük dövlət kimi görmək istəyirik. Rusiya həmişə böyük dövlət olmuşdur. Ona görə də biz Rusiyani demokratiya yolu ilə, azadlıq yolu ilə gedən, keçmişdə olmuş hər hansı ambisiyalardan və  iddialardan uzaq böyük dövlət kimi görmək istəyirik. Hazırda Rusiyada baş verən proseslər bizdə rəğbət hissləri oyadır və Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin möhkəmlənməsi və əlaqələrimizin genişlənməsi üçün böyük imkanlar açır. Biz Rusiyadan çox şey gözləyirik ona görə ki, Rusiya ilə keçmişdə də iqtisadi cəhətdən bağlı idik, insani əlaqələr də güclü idi və çox geniş olaraq qalır. Elm, mədəniyyət, təhsil sahələrində də ümumi cəhətlərimiz çoxdur, bir çox cəhətlər də var ki, onlar artıq çulğaşıb və onları qırmaq mümkün deyil və qırmaq da lazım deyildır. Çünki onlar sabah da, gələcəkdə də həm rusiyalılara, həm də azərbaycanlılara öz xidmətini göstərəcəkdir.

Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Sizə məlumdur ki, hələ 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində meydana gələn bu münaqişə Azərbaycana, elə Ermənistanın özünə də olduqca böyük ziyan vurmuşdur. Çox qanlar tökülmüş, çox itkilər olmuşdur, başlıcası isə, Azərbaycan ərazısinln 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş, bir milyondan çox azərbaycanlı öz daimi yasayış yerlərindən didərgin salınmışdır və onlar artıq neçə illərdir çadırlarda olduqca ağır şəraitdə yaşayırlar, Azərbaycanın ərazı bütövlüyü pozulmuşdur. Keçmişdə Sovetlər İttifaqına daxil olmuş bütün xalqlar birləşdirən böyük dövlət kimi, Rusiyaya biz həmişə böyük ümidlər bəsləmişik. Biz ümid etmişik və bu gün də ümid edirik ki, Rusiya bu münaqişənin həllində mühüm rol oynamalıdır. Məlumdur ki, altı il öncə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş əldə edilmişdir, müxtəlif formatlarda danışıqlar aparılır. Amma danışıqlar Rusiyanın, Birləşmiş Statların və Fransanın başçılıq elədikləri ATƏT-in Minsk qrupunda daha çox gedir. Çox görüşlər, çox danışıqlar, çox variantlar olmuşdur. Amma məqsədə nail ola bilməmişik. Bununla əlaqədar Azərbaycan ağır vəziyyətdədir. Təbiidir ki, bütün bunlar nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda eləcə də bütün Qafqazda vəziyyəti mürəkkəbləşdirir.

Qafqaz dünyanın bir çox ölkələrinin diqqətini çəkən regiondur. Qafqaz bir çox onilliklər, yüzüliklər ərzində Rusiya ilə bağlı olmuş  regiondur. Ona görə də Rusiya hər şeydən öncə həvəs göstərməlidirki, Qafqazda, o cümlədən Cənubi Qafqazda sülh və əmin-amanlıq və müstəqil dövlətlərin suveren inkişafı, fəal əməkdaşlığı, xüsusən iqtisadi əməkdaşlığı üçün imkanlar olsun. Biz bu gün də ümid edirik ki, Rusiya, Amerika Birləşmiş Statları və Fransa başda olmaqla, ATƏT-in Minsk qrupu münaqişəni tamamilə aradan qaldıracaq, Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını, Azərbaycanın ərazı bütövlüyünün bərpasını və yasayış yerlərindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmasını təmin edən tədbirlər görəcəkdir. Bu yerlərin dağıdılmasına, talan edilməsinə baxmayaraq, insanlar öz doğma torpaqlarında yaşamaq istəyirlər.

Hesab edirəm ki, indi, Vladimir Vladimiroviç Putin prezident vəzifəsinə seçildikdən sonra və Rusiya rəhbərliyində bir çox dəyişikliklərdən sonra Amerika Birləşmiş Statları, Fransa və ATƏT-in Minsk qrupunun digər üzvləri ilə birlikdə Rusiyanın bu münaqişənin həllində öz rolunu, çox mühüm rolunu oynaması üçün real imkanlar açılır. Biz buna ümid bəsləyirik. Biz buna bel bağlayırıq. Moskvada prezident Vladimir Putinlə mənim görüşlərim zamanı bu məsələ bizim diqqət mərkəzimizdə olmuşdur. Çünki Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi, möhkəmlənməsi da xeyli dərəcədə bu məsələnin həllindən asılıdır. Biz, Azərbaycan xalqı isə Rusiya ilə, rus xalqı ilə dostluq, özü də ən möhkəm, ən yaxşı dostluq olmasını istəyirik. Bundan ötrü isə gərək Qafqazda sülh olsun, Qafqazda əmin-amanlıq olsun, Ermənistanla Azərbaycan arasında münaqişə sülh yolu ilə aradan qaldırısın.

İndi Rusiya dövləti, suveren dövlət kimi, çox böyük perspektivlərə malikdir. Ona görə ki, çox geniş ərazısi, böyük insan ehtiyatları, çox zəngin təbii sərvətləri, böyük intellektual və iqtisadi potensialı olan ölkə - Rusiya iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir sırada dünya dövləti ola bilər və bütün beynəlxalq həyatda öz rolunu oynaya bilər. Biz bunu istəyirik, çünki Rusiyanın ətrafındakı bütün ölkələrdə də demokratiyanın, azadlığın inkişafı üçün bunun böyük əhəmiyyəti olacaqdır. Bunun Qafqazda da, Rusiyanın cənub həndəvərində yerləşən digər ölkələrdə də sülhün və əmin-amanlığın bərpası üçün böyük əhəmiyyəti olacaqdır.

Bu gün, bayram günü rusiyaliları ilk öncə səadət, firavanlıq, həyat sevinci, bütün çətinliklərin aradan qaldırımasını arzulamaq istəyirəm. Mən Rusiya Federasiyasının dövlətinə, Rusiyanın prezidenti hörmətli Vladimir Vladimiroviç Putinə başladığı yeni Rusiya siyasətinin həyata keçirilməsi sahəsindəki fəaliyyətində uğurlar arzulamaq istəyirəm. Sizi bayram münasibətilə bir daha təbrik edirəm, rus xalqına, bütün rusiyalılara dərin hörmət bəslədiyimi bildirirəm və Rusiyanın bütün vətəndaşlarına sülh, xoşbəxtlik və firavanlıq diləyirəm. Bayramınız mübarək!