Adıgeya Respublikasının Prezidenti zati-aliləri cənab Aslan Carimova - Bakı şəhəri, 6 noyabr 1999-cu il


Hörmətli Aslan Əliyeviç, Sizi əlamətdar yubiley - doğum gününüzün 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində bu gün qardaş Adıgeya keçid dövrünün çətinliklərini müvəffəqiyyətlə aradan qaldırır.

Mən xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, əlbir səylərlə biz Qafqazda sülhə, sabitliyə və tərəqqiyə nail olacağıq.

Sizə möhkəm cansağlığı, səadət və səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.