Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kosmonavt Valentina Vladimirovna Tereşkovaya - 19 iyun 2003-cü il


Hörmətli Valentina Vladimirovna!

Sizi, dünyada ilk kosmonavt qadını, kosmosa tarixi uçuşunuzun 40 illik yubileyi münasibətilə təbrik edir, Sizə səadət, cansağlığı və firavanlıq arzulayıram.

Bütün bu qırx il ərzində Siz yer üzündə yaşayan milyonlarla insan üçün əfsanəvi qadın, qadın simvolusunuz. Siz həmişə hamının diqqət mərkəzində olmusunuz, dövlətçilik fəaliyyəti ilə və ictimai fəaliyyətlə aktiv məşğul olmusunuz. Sizin layiq görüldüyünüz çoxsaylı mükafatlar və ad-sanlar həm kosmik hünərinizin etiraf olunması, həm də qeyri-adi şəxsiyyətinizin gücünün və cazibədarlığının inikasıdır.

Sizə uzun ömür arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 20 iyun 2003-cü il.