Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Kofi Annana - Bakı şəhəri, 13 oktyabr 2001-ci il


Hörmətli cənab baş katib!

Dünyada sülhün, sabitliyin, əmin-amanlığın bərqərar olunması, insan hüquqlarının müdafiəsi, beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsi sahəsindəki böyük xidmətlərinizə görə Sizin və başçılıq etdiyiniz Birləşmiş Millətlər Təşkilatının 2001-ci il Nobel sülh mükafatı ilə təltif olunması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz dünyanın ən nüfuzlu və mötəbər təşkilatlarından biri olan Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək Yer üzündə yaşayan insanların rifahının yaxşılaşdırılması, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi yolunda yorulmadan fəaliyyət göstərirsiniz.

Sizi əmin edirəm ki, dünya birliyinin tamhüquqlu üzvü kimi müstəqil Azərbaycan bundan sonra da Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində yaxından iştirak edəcək, əlaqələrimizin daha da dərinləşməsi üçün ardıcıl səylər göstəriləcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 21 oktyabr 2001-ci il.

Oçerklər

Azərbaycan - BMT

Tarixi arayış

Azərbaycan - BMT