Ukrayna Prezidenti Zati-aliləri Leonid Kuçmaya - Bakı, 12 mart 2000-ci il


Hörmətli Leonid Daniloviç!

Luqansk vilayətindəki şaxtada partlayış nəticəsində çox saylı insan tələfatı xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün qardaş Ukrayna xalqına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti