Sankt-Peterburq şəhərinin qubernatoru - hökumətinin sədri cənab Vladimir Anatolyeviç Yakovlevə - Bakı şəhəri, 1 oktyabr 1999-cu il


Rusiyanın görkəmli alimi və ictimai xadimi, əsl humanisti və vətəndaşı, akademik Dmitri Sergeyeviç Lixaçovun vəfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Xahiş edirəm mənim səmimi başsağlığımı mərhumun qohumlarına və yaxın adamlarına çatdırasınız.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.