Rusiya Federasiyasının prezidenti Zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 26 oktyabr 2000-ci il


Hörmətli Vladimir Vladimiroviç!

“İl – 18” təyyarəsinin Acarıstan paytaxtı yaxınlığında qəzaya uğraması nəticəsində çoxlu insanın tələf olması barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

“Azərbaycan” qəzeti, 27 oktyabr 2000-ci il