Rusiya Federasiyasının Prezidenti vəzifəsini icra edən zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 24 mart 2000-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Kemerovo vilayətində şaxtada partlayış nəticəsində insan tələfatının olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 25 mart 2000-ci il.