Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Kofi Annana - 20 avqust 2003-cü il


Hörmətli cənab baş katib!

Birləşmiş Millətlər Təşkilatının Bağdaddakı nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəticəsində İraqdakı nümayəndəniz Serjio Viera de Mellonun həlak olması, çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı kəskin mübarizə aparılmasını zəruri hesab edirəm.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 21 avqust 2003-cü il.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış

Azərbaycan - BMT