Azərbaycan Prezidenti Heydər Əliyevin Moskvanın meri Yuri Lujkov ilə görüşdə söhbətindən - Moskva, Azərbaycan Prezidentinin iqamətgahı, 24 yanvar 2000-ci il


Heydər Əliyev:  Xoş gördük, Yuri Mixayloviç. Sizi görməyimə çox şadam.

Yuri Lujkov:  Sizinlə görüşmək məni də məmnun edir, Heydər Əliyeviç.

Heydər Əliyev:  Moskvada bu il qış xeyli şaxtalı keçir. Yəqin ki, merin problemləri də çoxalır.

Yuri Lujkov:  Elədir, Heydər Əliyeviç. Havaların şaxtalı keçməsi ilə əlaqədər enerji təchizayı məsələləri ortaya çıxıb. Əlbəttə, bu cür hava sağlamlıq üçün yaxşıdır. Arama enerji təchizatında problemlər doğurur.

Heydər Əliyev:  Bu cür soyuqda belə böyük şəhəri qazla da, elektrik enerjisi ilə də təmin etmək çətindir. Bizim Bakıda şaxta yoxdur, qaz, elektrik enerjisi isə, təəssüflər olsun, çatışmır və biz hətta Bakını da tam təmin edə bilmirik.

Yuri Lujkov:  Biz 29 milyard kubmetr qaz işlədirik.Bir vaxtlar Ukrayna 52 milyard kubmetr qaz sərf edirdi. Yəni Moskva çox enerji işlədən şəhərdir.

Heydər Əliyev:  Sovet dövründə bütün Azərbaycan 17 milyard kubmetr qaz sərf edirdi, özü də ən ucqar dağ kəndlərinədək bütün respublikaya qaz kəmərləri çəkilmişdi. Bizim çox böyük qaz sənayemiz var, bütün elektrik stansiyalarımız da, çox böyük kimya sənayesi də qazla işləyirdi, hamısı qazla işləyirdi. Biz özümüz 16 milyard kubmetr qaz çıxarırdıq, qalanı isə Şimaldan gəlirdi. İndi isə 6 milyard kubmetr qaz çıxarırıq və təbii ki, təkcə Bakının və bəzi rayonların tələbatını ödəyirik. Biz elektrik stansiyalarınızı mazut yanacağına keçirməyə məcbur olmuşuq. Lakin indi mazut da çatışmır. Bir sözlə, problem çoxdur.

Yuri Lujkov:  Moskva hökuməti bütün bu problemləri həll etməyə çalışır. O cümlədən mənzil tikintisinə də böyük əhəmiyyət verir.

Heydər Əliyev:  Bəli, siz elə etməlisiniz ki, gələcək insanların vəziyyəti rahat olsun.

Yuri Lujkov:  Mənzil tikintisi normal gedir. Cari ildə 3 milyon 500 min kvadratmetr mənzil sahəsi tikməyi qarşımıza məqsəd qoymuşuq ki, bu da keçən ildəkindən çoxdur. Bu ilin büdcəsi ötən ilkindən artıq planlaşdırılıb, dövlət büdcəsinə ödəmələrimizin payı təxminən 40 faiz təşkil edir. Bizdə dəyişikliklər daha fəal keçdi, 200 mindən çox kiçik biznes müəssisəsi işləyir. İri sənayeni iki üsulla çox fəal surətdə dəstəkləyirik: qeyri-dövlət, iri bələdiyyə sənayesinə güzəştlər veririk, sosial sahəsi öz üzərimizə götürürük, yəni bu sahədə işi yüngülləşdiririk. Çünki bunlar iş yerləridir, vergi halında dövlət və şəhər büdcələrinə yaxşı töhfə verən insanlar üçün əmək haqqı deməkdir.

Sonra Yuri Lujkov Azərbaycan prezidenti Heydər Əliyevə Moskva sənayesinin yeni şəraitdə işindən, Moskva vilayətindəki Zeleneqrad şəhərinin dirçəldilməsindən danışdı.

Heydər Əliyev:  Yuri Mixayloviç, əvvəla, Moskvanın meri vəzifəsinə yenidən seçilməyiniz, özü də inandırıcı şəkildə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizi haqqında danışdığınız uğurlar münasibətilə təbrik edirəm.

Əlbəttə, bu uğurlar müasir şaraitdə nəinki sevindirir, hətta təəccübləndirir, yəni bütün bunları necə etmək olar, özü də bütün Rusiya fonunda? Sizi Dövlət Dumasındakı uğurlarınız münasibətilə də təbrik edirəm. "Oteçestvo - Vsya Rossiya" böyük uğur qazanmışdır, təbrik edirəm. Bir sözlə, siz artıq çoxsahəli fəaliyyət göstərirsiniz və hər yerdə uğurlarınız var. Sizi ürəkdən təbrik edirəm və şəxsən sizə cansağlığı arzulayıram, Moskvalılara isə xoş arzularımı bildirir, cansağlığı, firavanlıq diləyirəm. Həmişəki kimi, yenə də Moskva ilə Azərbaycan arasında, Rusiya ilə Azərbaycan arasında daimi dostluğumuzu vurğulayıram. Təbii ki, Moskva ilə bizim xüsusi əlaqələrimiz var.

Yuri Lujkov:  Biz bu əlaqələri qoruyub saxlamağa çalışırıq.

* * *

Görüş qurtardıqdan sonra jurnalistlərin suallarına Yuri Lujkovun cavabı.

Sual: Yuri Mixayloviç, görüşünüzdə Şimali Qafqaz məsələsi müzakirə edildimi?

Cavab: Əvvəla, mən rəsmi dövlət xadimi deyiləm. Buna görə də bizim problemlərimiz, hətta deyərdim, humanitar səpgili problemlərimiz barədə qarşılıqlı məlumat verdik. Azərbaycanda çoxlu rus məktəbi var, onların sayı azalmayıb, biz bu məktəblərin dərsliklə təmin olunmasına kömək edirik. Yeri gəlmişkən, rus məktəblərində çoxlu azərbaycanlı da oxuyur. Heydər Əliyeviçlə sazişimizə əsasən, burada, Moskvada azərbaycanlı tələbələr təhsil alırlar. Qarşılıqlı ticarət-iqtisadi fəaliyyət həyata keçirilir. Bizə şərab materialları, tərəvəz, meyvə göndərilir, sənaye sahəsində əməkdaşlıq edirik. Biz Azərbaycandan - Nikitinin kəndindən birbaşa kənd təsərrüfatı məhsulları alırıq. Söz düşmüşkən, Azərbaycanda rus kəndləri var. Biz ərzaq müqabilində o kəndə texnologiyalar yaradılması işində kömək göstəririk. Müxtəsəri, bizim Azərbaycanla intensiv, mehriban əlaqələrimiz var.

Əlbəttə, biz hansısa qərarlar qəbul olunması baxımından deyil, Qafqazda vəziyyət barədə fikir mübadiləsi apardıq və deyə bilərəm ki, Heydər Əliyeviçin mövqeyi həmişəki kimi proqmatik, birləşdirici bir mövqedir. Əlbəttə, indi Şimali Qafqazda yaranan vəziyyətə Ermənistanla Azərbaycan arasında, Gürcüstanla onun daxilindəki Abxaziya arasında sülh proseslərinin nizama salınmaması da mane olur. Çeçenistan problemi hamını çox narahat edir. Bu, Rusiyanın problemi olsa da, əlbəttə, vəziyyətə təsir göstərir.

Demək lazımdır ki, Dağıstanda yaranmış vəziyyət də müzakirəmizin mövzusu oldu. Mən Heydər Əliyeviçə Dağıstana göstərdiyimiz yardımdan danışdım. O da öz növbəsində bu respublikaya necə kömək etməsindən, Azərbaycanda təməlçiliyə, vəhhabiliyə nə kimi münasibət olmasından söhbət açdı. Bütün bunları mən çox məntiqi və ağıllı hesab edirəm. Heydər Əliyeviç müdrik insandır.

Sual: Vaxtilə siz Çeçenistan ətrafında ancaq sanitariya xətti yaradılmasına tərəfdar olduğunuzu bildirirdiniz və oraya qoşun yeridilməsi...

Cavab: Mən heç vaxt Çeçenistan ərazisinə qoşun yeridilməsinin tərafdarı olmamışam. Bunun qəti əleyhinə olmuşam. Demək lazımdır ki, mənim təklifim tamam başqa nəticələr verərdi. Bu günədək edilənlər isə məfum mənfi nəticələri verir. O vaxtlar mən deyirdim ki, biz terrorçularla mübarizə aparmalıyıq, terrorçuları məhv etməliyik, biz Çeçenistan ərazisinə daxil olmaqla isə onun xalqı ilə müharibə edəcəyik. Bunlar başqa-başqa şeylərdir. Məni eşitmədilər.

Sual: Bəs indi nə etməli?

Cavab: Zənnimcə, indi bu qərarı qəbul edənlər düşünməlidirlər. Bütün bunlar çox mürəkkəb məsələdir. Mən təklif etmişdim ki, Çeçenistanın Dağıstan və İnquşetiya ilə sərhədləri boyunca sanitariya yaradılsın, Terek çayının sol sahili azad olunsun, - oralar əzəldən rus kəndləri, kazak diyarıdır, - Rusiyanın Gürcüstanla Çeçenistan ərazisindən keçən sərhədinə nəzarət qoyulsun. Hava məkanı üzərində nəzarət təmin edilsin. Əminəm ki, artıq bundan sonra qısa müddət ərzində Çeçenistanda hökmən üçüncü qüvvə meydana gələrdi - Məshədov yox, yaraqlılar yox, məhz üçüncü elə bir qüvvə ki, yaraqlılar problemini özü həll edərdi. Bəlkə də Rusiyanın köməyi ilə həll edərdi, hər halda, bütün çeçen xalqını açıq-aşkar düşmən kimi Rusiya əleyhinə qaldırmazdı. Bu, kobud, böyük səhvdir.

Sual: Cənab Lujkov, Rusiyanın viza rejimi tətbiq etmək istəməsi məsələsində sizin mövqeyiniz necədir?

Cavab: Bunun qəti əleyhinəyəm. Belovejsk sazişi Sovet İttifaqını dağıtdı. İndi MDB-də hər hansı viza rejiminin tətbiqi MDB-yə axırıncı zərbə deməkdir. Bu əvvəllər ittifaq, indi isə birlik adlandırılan quruma axırıncı, çox sarsıdıcı zərbədir. Şengen prinsipləri əsasında ümumi xarici viza rejiminin tətbiqindən danışmaq olar - bu, normal haldır və bizim bir sıra dövlətlərlə sazişlərimiz var ki, məsələn, Rusiyada alınmış viza həmsərhəd dövlətlərə getməyə imkan verir. MDB-nin bəzi üzvləri bundan imtina edir və əgər MDB-də yaşamayan əcnəbilərdən kimsə onların ölkəsinə Rusiya ərazisindən daxil olursa, ona hökmən viza rejimi tətbiq edirlər. Lakin bütün bunlar ikinci dərəcəli məsələlərdir. Bununla belə, ölkələrimizə daxil olmaq üçün ilkin vizaların tətbiqini Sovet İttifaqının dağılmasından sonra yol verilə biləcək çox böyük səhv sayıram. İnsani ünsiyyət azadlığı, gediş-gəliş azadlığı, vəhid mədəniyyət, dil məkanının qorunub saxlanması bizə dərhal praktiki, ticarət iqtisadi məsələləri həll etməyə imkan verir. Axı düşünmək olmaz ki, ölkələrimiz arasında bütün ticarət yalnız dövlət xətti ilə başlanır. Alver, malların daşınması, qalan bu kimi məsələlər günümüzün gerçəkliyidir. Viza rejimi tətbiq edilərsə, onda bu gerçəkliyə son qoyulacaqdır. Xalq, adamlar bundan bir şey qazanmayacaqlar.

Sual: Guya ölkəmizin terrorçuları, yaraqlıları dəstəklədiyi barədə son vaxtlar Rusiyanın rəsmi kütləvi informasiya vəsitələrində Azərbaycanın ünvanına irəli sürülən bir çox ittihamlrın necə qiymətləndirirsiniz?

Cavab: Mən buna inanmiram. Mən belə başa düşürəm ki, - Azərbaycan rəhbərliyi ilə bizim aramızda şəxsi əlaqələr də genişdir, - terrorçuları dəstəkləmək bir ölkə, respublika olaraq Azərbaycanın dövlət mənəfelərinın xeyrinə deyildir.

Azərbaycan dünyəvi dövlətdir. İslam Azərbaycanda əsas dindir, amma bu, - təməlçi, xüsusən də vəhhabi yönlü islam deyildir. İslam dindir, biz hamımız ona hörmətlə yanaşırıq, çünki xristianlıqda buddizmdə olan dəyərlər Quranda da əksini

tapmışdır, onlar əsasən uyğun gəlirlər. Bu, ümumbəşəri mənəviyyatdır - xeyirxahlıq, əməksevarlik, məhəbbət, inam, ümid mənəviyyatıdır. Bu baxımdan Azərbaycanın hansısa radikal islam təriqətlərini, islam məzhəblərini dəstəkləməkdə heç bir marağı yoxdur. Üstəlik, elə islam ölkələri var ki, dövlətin dünyəvi xarakteri onların inkişafını təmin edir. Siz kimin haqqında danışdığımı bilirsiniz.

Sual: Necə bilirsiniz, bu cür ittihamlar Rusiyanın rəsmi mövqeyidir? Axı xüsusi xidmət idarələrinə, hansısa hərbçilərə istinad edirlər?

Cavab: Bilirsinizmi, dövlətin rəsmi mövqeyini ölkənin rəhbərləri rəsmi bəyanatlarda elan edirlər. Mən isə Allaha şükür, hələlik belə şey eşitməmişətn. Hər cür söz-söhbətə isə fikir vermirəm. Yaxşı, siz inanırsınızmı ki, Teytumu mən öldürmüşəm?

Müxbir: Xeyr. Necə bilirsiniz, dövlətlərimiz hansı qarşılıqlı addımlar atmalıdır?

Cavab: Zənnimcə, rəhbərlərin şəxsi əlaqə və ünsiyyətləri çox mühüm məsələdir. Özü də etimad rejimi elə nəinki rəsmi səpgidə, həm də şəxsi əlaqələr vəsitəsilə olduqca əsaslı şəkildə yaradılır, dövləti məsələlərin həyata keçirilməsinə kömək edir. Əgər problemlərdən danışsaq, onda şəxsiyyətlərdən asılı olmayaraq, sülh problemi - Azərbaycan ilə Ermənistan arasında barışıq deyil, müvafiq qərarlara əsaslanan sülh problemi var. Bu problemi həll etmək lazımdır. Gürcü -Abxaz münaqişəsi problemini, Çeçenistan problemini də həll etmək gərəkdir. Bax, əgər bütün bu problemlər əsaslı surətdə həll edilərsə, onda Şimali Qafqazda əmin-amanlıq olacaqdır. Ona görə də rəhbərlər arasında xoş insani münasibətlər şəraitində məhz bu problemlərlə məşğul olmaq lazımdır.

Sual: Deyirlər ki, Qarabağ münaqişəsinin və digər münaqişələrin həllinin açan Rusiyanın əlindədir. Rusiya bu məsələləri həll etmək istəmir, yoxsa həll edə bilmir?

Cavab: Yox, düşünmürəm ki, Rusiya bu məsələləri həll etmək istəmir. Azərbaycanla dostluq Rusiyanın strateji mənafelərinə uyğundur. Azərbaycanla dostluq Rusiyanın cənub respublikalarının əmin-amanlığı və inkişaf etməsi deməkdir. Elə götürək Dağıstanı. Orada bir çox ümumi məsələlər var ki, onlar indi heç cür həll edilmir, lakin onları hər hansı məqamları gücləndirmədən, yalnız qarşılıqlı fəaliyyət rejimində və əminamanlıq şəraitində həll etmək lazımdır. Azərbaycanla əməkdaşlıq, strateji tərəfdaşlıq Rusiya üçün prinsipial əhəmiyyətə malikdir. Bu, dövlətin strategiyası olmalıdır. Zənnimcə, Ermənistanla da həmçinin. Biz ən müxtəlif məsələlərimizin həlli yollarını axtarıb tapmalıyıq. Odur ki, Azərbaycan ilə Ermənistan arasında sülh probleminin həlli Rusiya üçün elə bir problemdir ki, Rusiya onunla məşğul olmalıdır. Əgər uzun sürən bu münaqişənin həlli ilə bir başqası məşğul olsa, bu məsələ müsbət həll edilərsə, onda Rusiya Şimali Qafqazda öz nüfuzunu kəskin şəkildə zəiflədəcək, Şimali Qafqazda çox şey itirəcəkdir.