Ukrayna Respublikasının Prezidenti zati-aliləri Leonid Kuçma cənablarına - 14 iyul 1994-cü il


Hörmətli cənab prezident!

Sizi Ukrayna prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, bütün Ukrayna xalqının tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycanı Ukrayna ilə dostluq telləri bağlayır. Ümidvaram ki, ölkələrimiz arasında dostluq və sıx əməkdaşlıq xalqlarımızın sülh işinə, tərəqqisi və əmin-amanlığı işinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə və bütün Ukrayna xalqına sülh, dinclik və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 15 iyul 1994-cü il.