Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Yəhudi icmasına təbriki - Bakı şəhəri, 15 sentyabr 2001-ci il


Hörmətli həmvətənlər!

Sizi yəhudi təqvimi ilə yeni il - Roş-ha-şana münasibətilə ürəkdən təbrik edir, respublikamızın bütün yəhudi vətəndaşlarına ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycan yəhudiləri, respublikamızın digər milli və dini azlıqları kimi, öz bayram və mərasimlərini azad və sərbəst şəkildə, böyük təntənə ilə qeyd edirlər. Bu, Azərbaycanda tarixən formalaşmış tolerantlığın, xoşməramlı milli-dini münasibətlərin, mehriban dostluq və qardaşlıq mühitinin göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında yaşayan milli azlıqlara öz tarixi köklərini, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün beynəlxalq normalara uyğun demokratik hüquqi-siyasi şərait bərqərar edilmişdir.

Bu gün hər bir Azərbaycan vətəndaşı milli mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq, milli dövlətçiliyimizin və demokratiyanın bu əvəzsiz bəhrələrindən yararlanmaqdadır. Əsrlərdən bəri ölkəmizdə məskunlaşıb yaşayan yəhudilər Azərbaycanda heç zaman təqiblərə, ayrı-seçkiliyə məruz qalmamış, milli-mədəni adət və ənənələrini qoruyub saxlamışlar. Hazırda yəhudi vətəndaşlarımız respublikamızın elmi-mədəni, ictimai-siyasi həyatında yaxından iştirak edir, müstəqil dövlət quruculuğu prosesində vətəndaşlıq borclarını sədaqətlə yerinə yetirirlər.

Əziz həmvətənlər!

Roş-ha-şana xoş diləklər, mənəvi saflıq bayramıdır. Qoy bu bayram hər birinizin həyatına xoşbəxtlik və sevinc gətirsin, həmvətənlərimizin dostluq və həmrəyliyinin təntənəsinə çevrilsin.

Bayramınız mübarək olsun!

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.  

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM