Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası İnquşetiya Respublikasının Prezidenti zati-aliləri cənab Ruslan Auşevə təbriki - Bakı şəhəri, 7 mart 1998-ci il


Hörmətli Ruslan Auşev!

İnquşetiya Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və dövlət fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan ilə İnquşetiya arasında dostluq və əməkdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı üçün, bütün Qafqazda sülh və tərəqqi naminə inkişaf edəcək və dərinləşəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.