Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tatarıstan Respublikasının Prezidenti cənab Mintimer Şaymiyevə təbriki - Bakı şəhəri, 27 mart 2001-ci il


Hörmətli Mintimer Şaripoviç!

Tatarıstan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Prezident seçkilərində inamlı qələbəniz Sizə yüksək etimad və hörmət bəslənildiyinə sübutdur. Əminəm ki, Azərbaycan və Tatarıstan xalqları arasında dərin tarixi kökləri olan ənənəvi dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.