Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Koreya Respublikasının Prezidenti zati-aliləri cənab No Mu Hyuna məktubu - 4 avqust 2003-cü il


Hörmətli cənab prezident!

Koreya Respublikasının milli bayramı - Dirçəliş günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 15 avqust 2003-cü il.