Rusiya Federasiyası Prezidentinin vəzifəsini icra edən Zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 9 fevral 2000-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Xabarovsk şəhərində yaşayış binasında baş vermiş partlayışın insan tələfatına səbəb olması xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına səmimiyyətlə başsağlığı verirəm.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 10 fevral 2000-ci il