İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Seyid Məhəmməd Xatəmiyə - Bakı şəhəri, 10 fevral 2002-ci il


Hörmətli cənab prezident!

İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün İran xalqını təbrik edirəm.

Dərin tarixi kökləri ilə bir-birinə yaxın olan ölkələrimiz arasındakı mehriban qonşuluq, dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

Əminəm ki, qarşılıqlı əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 10 fevral 2002-ci il.