Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 24 may 2001-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Kalininqrad yaxınlığında qəza nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 25 may 2001-ci il.