Başqırdıstan Respublikasının Prezidenti zati-aliləri cənab Murtuza Rəhimova - Bakı şəhəri, 2 iyul 2002-ci il


Hörmətli Murtuza Qubaydulloviç!

Başqırdıstan Hava Yollarına məxsus TU-154 sərnişin təyyarəsinin Almaniyanın cənubunda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatının olması barədə xəbər məni ürəkdən kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 iyul 2002-ci il.