Rusiya Federasiyasının prezidenti zati-aliləri cənab Vladimir Putinə - 5 iyul 2003-cü il


Hörmətli Vladimir Vladimiroviç!

Tuşino aerodromu rayonunda törədilmiş partlayışlar nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 6 iyul 2003-cü il.