Rusiya Federasiyasının prezidenti Zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 3 iyun 2000-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Aviasiya Qəzası nəticəsində "Göz mikrocərrahiyyəsi" Sahələrarası Elmi-Texniki Kompleksinin baş direktoru, Rusiyanın tanınmış alimi və ictimai-siyasi xadimiSvyatoslav Nikolayeviç Fyodorovun faciəli surətdə həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.

Sizə, mərhumun qohumlarına və yaxın adamlarına səmimi qəlbdən başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 iyun 2000-ci il.