Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Azərbaycanda Rusiya Federasiyası Mədəniyyət günlərinin bağlanması mərasimindən sonra Rusiya artistləri ilə görüşdəki söhbətdən - Respublika Sarayı 6 aprel 1997-ci il


Çox maraqlı yekun konserti proqramı ilə çıxış etdiyinizə görə sizə ürəkdən təşəkkür edirəm. Hesab edirəm ki, sizin çıxışlarınızın qızğın alqışlarla qarşılanması rus mədəniyyətinə, Rusiyaya, rus xalqına Azərbaycan xalqının bəslədiyi hisslərin parlaq sübutudur. Siz yüksək incəsənət, Rusiyanın mədəniyyətini nümayiş etdirdiniz. Bugünkü yekun konserti dərin təəssürat buraxdı. Azərbaycan tamaşaçısı sizdən ötrü darıxmışdı, siz xalqımıza çox böyük zövq verdiniz. Mən sizlərdən çoxunuzu şəxsən tanıyıram və bu görüşə gəldiyiniz üçün, burada çıxış etdiyiniz üçün, Azərbaycan və rus xalqları arasında, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqəsinin daha da möhkəmlənməsinə çox böyük töhfə verdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirməyimə şadam. Sağ olun.