Rusiya Federasiyasının Prezidenti zati-aliləri Boris Nikolayevic Yeltsin cənablarına - 9 may 1995-ci il


Çox hörmətli Boris Nikolayevic!

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə və sizin şəxsinizdə bütün rusiyalıları Böyük Vətən müharibəsində Hitler faşizmi üzərində qələbənin 50 illiyini münasibətilə ürəkdən təbrik edirəm.

Xalqlarımızın çoxəsrlik tarixi əlaqələrini qanla möhkəmləndirmiş bu fədakarlığın xatirəsi qəlblərimizdə yaşayır və daim yaşayacaq.

Rusiya və Azərbaycan indi müstəqil demokratik dövlət quruculuğu yolunda mürəkkəb keçid dövrünü yaşayırlar və böyük qələbənin ildönümü bizə qardaş xalqlarımızın möhtəşəm dostluq və əməkdaşlıq potensialını bir daha xatırladır.

Mən inanıram ki, biz birgə səylərimizlə bütün çətinlikləri aradan qaldıraraq, regionumuzda sülhə və sabitliyə nail olacaq, vətəndaşlarımızın layiqli həyat təmin edəcəyik.

Sizi Qələbə bayramı münasibətilə bir daha təbrik edir, Sizə və sizin şəxsinizdə bütün rusiyalılara möhkəm cansağlığı, səadət və xoş günlər diləyirəm.

Xahiş edirəm, mənin ən səmimi minnətdarlıq duyğularımı rusiyalı Böyük Vətən müharibəsi veteranlarına çatdırasınız.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 10 may 1991-ci il.