Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşdə söhbəti - Sankt-Peterburq, Rusiya prezidentinin iqamətgahı, 9 iyun 2002-ci il


Vladimir Putin: Hörmətli Heydər Əliyeviç, icazə verin Sizi Rusiyada, Peterburqda bir daha ürəkdən salamlayım və Nizaminin abidəsinin açılışı münasibətilə bir daha təbrik edim. Heydər Əliyeviç, bu, mühüm və müəyyən dərəcədə əlamətdar hadisə olub, xalqlarımızın qarşılıqlı yaxınlığını, bir-birinin mədəniyyətinə olan hörmət və marağını göstərir. Həqiqətən, Peterburq hətta 1941-ci ildə blokadada olarkən Nizaminin 800 illiyini qeyd etmişdir. Bunun o vaxt şəhər üçün necə müşkül iş olduğunu hətta təsəvvür etmək çətindir.

İndiki tədbir çox mühümdür və Heydər Əliyeviç, bu mərasimdə iştirak etməyə imkan tapdığmıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Şübhəsiz ki, Sizin bu səfərinizdən istifadə edərək, həm ikitərəfli qarşılıqlı münasibətlərimizə və həm də beynəlxalq təşkilatlarda səylərimizin əlaqələndirilməsinə dair məsələləri müzakirə edəcəyik.

Heydər Əliyev: Səmimi sözlərə, göstərilən qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Vladimir Vladimiroviç, Rusiyaya, Sankt-Peterburqa gəlmək barədə dəvətinizə görə Sizə bir daha təşəkkür edirəm.

Burada keçirilən görüş mənim üçün və hesab edirəm ki, Sizin üçün də xüsusi xarakter kəsb edir. Biz Sizinlə Moskvada dəfələrlə görüşmüşük, bu gün isə Sankt-Peterburqda görüşürük. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin burada abidəsinin qoyulmasına görə Sizə təşəkkür edirəm. Bunun bizim xalqımız üçün, eyni zamanda ikitərəfli münasibətlərimiz, xalqlarımız, dövlətlərimiz arasında münasibətlər üçün çox böyük əhəmiyyəti var, Sizinlə axırıncı görüşümüzdə müəyyən etdiyimiz və ölkələrimizin əlaqələrinin inkişafına və möhkəmlənməsinə yönəldilmiş xəttin həyata keçirilməsi üçün də böyük əhəmiyyətə malikdir.

Bu, adi bir hadisə deyildir. Abidə həmişəlik qoyulur. Onu da əlavə etmək istəyirəm ki, Sankt-Peterburqda abidələr az deyildir. Sankt-Peterburq görkəmli memarlar tərəfindən tikilmiş şəhərdir, burada çoxlu memarlıq abidələri var, o cümlədən də müxtəlif şəxsiyyətlərə - dövlət xadimlərinə, ictimai xadimlərə, elm xadimlərinə və bir çox başqalarına həsr olunmuş monumental abidələr var. Onların hamısı Rusiyanın görkəmli adamlarıdır, özü də ola bilsin, təkcə Rusiyanın yox. Lakin belə abidələrlə yanaşı, Nizami Gəncəvinin, Azərbaycan şairinin də abidəsinin olması, şübhəsiz ki, bizim üçün böyük hadisədir. Azərbaycanda Nizaminin abidələri çoxdur. Bu şairin Gəncədə böyük məqbərəsi tikilmişdir, ancaq başqa şəhərlərdə də abidələri var. Çünki Nizami Gəncəvi bizə o qədər əzizdir və onun irsi o qədər qiymətlidir ki, insanlar bu abidələrin qoyulmasını özləri xahiş etmişlər. Ancaq Rusiya torpağında, özü də hansısa bir başqa yerdə yox, məhz Sankt-Peterburqda, Böyük Pyotrun belə əzəmətli abidəsinin ucaldığı şəhərdə Nizami Gəncəviyə abidə qoyulması bizim üçün xüsusilə əhəmiyyətlidir. Yeri gəlmişkən, mən burada oxuyanda bizim məktəbimiz Pyotrun heykəlinin yaxınlığmda idi. Mən, demək olar, günaşırı, iki gündən bir gedib o heykələ baxır və valeh olurdum.

Vladimir Putin: Mənə dedilər ki, dünən Siz orada olmusunuz.

Heydər Əliyev: Bəli, oldum. Ona görə də bu şəhərdə Nizaminin abidəsinin qoyulmasının xüsusi əhəmiyyəti var. Vladimir Vladimiroviç, bu əlamətdar hadisəyə görə, məni dəvət etdiyinizə görə, abidənin açılışında şəxsən iştirak etdiyi-nizə görə Sizə çox-çox təşəkkür edirəm. Bu, xalqımız, ölkəmiz üçün qeyri-adi əhəmiyyətə malik hadisədir. Buna görə sağ olun. Eyni zamanda, bu görüş fıkir mübadiləsi aparmaq üçün bir imkandır və buna həmişə ehtiyac var. Mən şadam ki, belə bir fürsət düşdü. Çox sağ olun.