Rusiya Federasiyasının prezidenti Zati-Aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 9 avqust 2000-ci il


Hörmətli Vladimir Vladimiroviç! 

Moskva şəhərində insan tələfatına səbəb olmuş partlayış baş verməsi xəbəri məni dərindən sarsıtdı. 

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına səmimi başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram. 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti  

“Azərbaycan” qəzeti, 10 avqust 2000-ci il