Rusiya Federasiyasının Prezidenti zati-aliləri Boris Nikolayeviç Yeltsin cənablarına - 11 iyun 1994-cü il


Hörmətli Boris Nikolayevic!

Sizi dövlət bayramı - Rusiya Federasiyasının dövlət suverenliyi haqqında bəyannamənin qəbul edilməsi günü münasibətilə ürəkdən təbrik edirəm, Sizə və bütün rusiyalılara səadət, firavanlıq və tərəqqi arzulayıram.

Mən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlığın inkişafına böyük əhəmiyyət verirəm və əminəm ki, bu dostluq və əməkdaşlıq xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətlə, 

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.