Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 29 iyun 2002-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Rusiyanın cənubunda insan tələfatına və dağıntılara səbəb olmuş təbii fəlakət - daşqın haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 iyun 2002-ci il.