Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti zati-aliləri Boris Nikolayeviç Yeltsin cənablarına məktubu - 12 iyun 1995-ci il


Möhtərəm Boris Nikolayeviç!

Rusiya Federasiyasının milli bayramı - Dövlət suverenliyi haqqında Bəyannamənin qəbul edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün rusiyalıları şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Rusiya xalqına isə keçid dövrünün çətinliklərini tezliklə aradan qaldırmağı, firavanlıq və tərəqqi arzulayıram.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasındakı çoxəsrlik əlaqələr, dostluq və əməkdaşlıq xalqlarımızın mənafeyi naminə, regionda sülh və sabitlik naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 14 iyun 1995-ci il.