Şimali Osetiya - Alaniya Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Dzasoxova - Bakı şəhəri, 9 yanvar 1999-cu il


Hörmətli Aleksandr Sergeyeviç!

Hərbi Gürcüstan yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni çox kədərləndirdi.

Sizə, həlak olanların bütün qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.