Dağıstan Respublikası Dövlət Şurasının sədri cənab Məhəmmədəli Məhəmmədova - Bakı şəhəri, 11 may 2002-ci il


Hörmətli Məhəmmədəli Məhəmmədoviç!

Kaspiysk şəhərində partlayış nəticəsində insan tələfatının olması haqqında xəbər məni ürəkdən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxın adamlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 may 2002-ci il.