Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynanın Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya məktubu - 2 avqust 2003-cü il


Hörmətli Leonid Daniloviç!

Əlamətdar yubileyiniz - anadan olmağınızın 65 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Şadam ki, Sizin səyləriniz və qətiyyətiniz sayəsində Ukrayna demokratik dəyişikliklərin, sosial-iqtisadi islahatların həyata keçirilməsi, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi sahəsində mühüm uğurlar qazanmışdır.

Bu gün Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri keyfiyyətcə yeni xarakter alır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı və möhkəmləndirilməsi bundan sonra da xalqlarımızın rifahına, regionda sülhə və sabitliyə xidmət edəcəkdir.

Aramızdakı şəxsi münasibətləri yüksək qiymətləndirirəm. Həmişə səmimilik və qarşılıqlı anlaşma ruhunda keçən görüşlərimizi və söhbətlərimizi böyük məmnuniyyətlə xatırlayıram.

Əziz Leonid Daniloviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 9 avqust 2003-cü il.